Boluda milyonçu imam kimi tanınan Abdulla Yüksəl dünyasını dəyişib.
Bakıvaxtı.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, A.Yüksəl koronavirusdan vəfat edib. O, müalicə olunduğu İzzet Baysal Təhsil və Araşdırma Xəstəxanasında 88 yaşında vəfat edib.
Təqaüdçü imam Yüksel ilk dəfə 2001-ci ildə ödədiyi vergi ilə Türkiyənin gündəminə gəlib. 2006-cı ildə iki nəfər onu qaçırmaq istəyib.
Ramid İbrahimov

















