Bu gün Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
Bakıvaxtı.az-ın “France-Presse” agentliyinə istinadən verdiyi xəbərə görə, dövlət başçıları arasında telefon danışığı 1 saat 45 dəqiqə davam edib.
V. Putin və E. Makron Ukrayna böhranı ilə bağlı müzakirə aparıblar.
















