• Bakı 20° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Qadınların mobil telefonlarını oğurlayan şəxslər tutuldu

HADİSƏ

12 Aprel 2025 | 12:46

Qadınların mobil telefonlarını oğurlayan şəxslər tutuldu

”Mall”-da qadınların mobil telefonlarını oğurlayan şübhəlilər tutulub.

Bu barədə Bakıvaxtı.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, Nəsimi rayonunda ticarət mərkəzlərindən birində iki qadının mobil telefonu oğurlanıb. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə talamada şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 43 yaşlı R.Seyidov saxlanılıb.

    Nəsimi rayonu ərazisində bir nəfərin içərisində pul və mobil telefonunu soyğunçuluq yolu ilə ələ keçirən 21 yaşlı A.Balaməmmədov da polis əməkdaşları tərəfindən saxlanılıb.

    Araşdırma aparılır.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    28 Sentyabr 2026