• Bakı 24° C

    4.74 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Qanunsuz fəaliyyət göstərən süd qəbulu məntəqəsinin fəaliyyəti məhdudlaşdırılıb - FOTO

HADİSƏ

23 Sentyabr 2021 | 10:52

Qanunsuz fəaliyyət göstərən süd qəbulu məntəqəsinin fəaliyyəti məhdudlaşdırılıb - FOTO

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi istiqamətində nəzarət tədbirləri davam etdirilir.

AQTA-dan Bakıvaxtı.az-a bildirilib ki, agentlik əməkdaşları tərəfindən Bərdə rayonu, Şatırlı kəndində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Nəsir Şahmalı oğluna məxsus süd qəbulu məntəqəsinə baxış keçirilib.

Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydaların kobud şəkildə pozulması faktı aşkar edilib. Belə ki, müəssisədə döşəmənin tamlığının pozulduğu, divar və tavanın sanitar norma və qaydalara uyğun olmadığı, həmçinin dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin vaxtlı-vaxtında aparılmadığı, çalışan işçi heyətin dövri tibbi müayinədən keçirilmədiyi müəyyən edilib. Aşkar edilən nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq süd qəbulu məntəqəsinin fəaliyyəti məhdudlaşdırılıb.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcək.


Qanunsuz fəaliyyət göstərən süd qəbulu məntəqəsinin fəaliyyəti məhdudlaşdırılıb - FOTOQanunsuz fəaliyyət göstərən süd qəbulu məntəqəsinin fəaliyyəti məhdudlaşdırılıb - FOTOQanunsuz fəaliyyət göstərən süd qəbulu məntəqəsinin fəaliyyəti məhdudlaşdırılıb - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Sentyabr 2026