• Bakı 24° C

    4.65 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Dağda köməksiz qalan xizəkçilər xilas edildi

DÜNYA

19 Mart 2024 | 09:59

Dağda köməksiz qalan xizəkçilər xilas edildi

İtaliyada dağda 2300 metr hündürlükdə qapalı qalan 3 xizəkçi helikopterlə xilas edilib.

Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.

Məlumata görə, İtaliyanın Piedmont bölgəsindəki Mondole dağında 2300 metr yüksəkliyə qalxdıqdan sonra qapalı qalan 3 xizəkçi üçün xilasetmə əməliyyatı aparılıb.

Yanğınsöndürmə briqadasının xilasetmə qrupu vertolyotla bölgəyə gələrək kəndirlərlə dağa enib. Daha sonra xizəkçilərin olduğu yerə qalxıb.

Xilasedicilər iplərlə qapalı vəziyyətdə qalan xizəkçilərlə birlikdə helikopterə çəkilib. Qapalı vəziyyətdə qalan xizəkçilərin sağ-salamat xilas edildiyi və sağlamlıqlarının yaxşı olduğu bildirilir.

Ay Tac


SON XƏBƏRLƏR

26 Aprel 2024