• Bakı 10° C

    10.41 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Türkiyədə iki fabrik YANIR - FOTOLAR

DÜNYA

18 Aprel 2024 | 08:25 | Müəllif: Qalib İbrahimoğlu

Türkiyədə iki fabrik YANIR - FOTOLAR

İzmirdə iki fabrikdə güclü yanğın başlayıb.

Bakıvaxtı.az bu barədə yerli mətbuata istinadla xəbər verir.

Məlumata görə, İzmir Çiğlidə metal üzlük fabrikində baş verən yanğın plastik fabrikinə də keçib. Bölgədə bir çox yanğınsöndürmə briqadaları yanğına müdaxilə edir.

Yanğın səhər saatlarında başlayıb. Qısa müddətdə böyüyən yanğın yaxınlıqdakı plastik üzlük fabrikinə keçib.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürən, polis və Təcili Tibbi Yardım qrupları sövq edilib.

Zavodlarda baş verən yanğının söndürülməsi istiqamətində işlər davam edir.

Murad Məmmədli


Türkiyədə iki fabrik YANIR - FOTOLARTürkiyədə iki fabrik YANIR - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026