• Bakı 18° C

    9.42 m/s

  • USD - 1.7

    EUR - 1.8199

    RUB - 0.0182

İstanbulda ƏMƏLİYYAT: 466 nəfər SAXLANILDI

DÜNYA

18 Aprel 2024 | 08:48

İstanbulda ƏMƏLİYYAT: 466 nəfər SAXLANILDI

İstanbulda keçirilən əməliyyat zamanı müxtəlif cinayətlərə görə axtarışda olan 466 nəfər tutulub.

Bakıvaxtı.az bu barədə yerli mətbuata istinadla xəbər verir.

Məlumata görə, nəqliyyat və ictimai məntəqələrdə iki mərhələdən ibarət “Barış İstanbul” əməliyyatının birinci mərhələsində 1688, ikinci mərhələdə isə 1590 nəfər şəxsi heyət iştirak edib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində 628 nəfərin müxtəlif cinayətlərə görə axtarışda olduğu, 243 nəfərin isə yayınması müəyyən edilib. Həmin şəxslərdən 466-sı saxlanılıb.

Axtarışlar zamanı narkotik vasitələrdən əldə edildiyi hesab edilən 67 ədəd sənədsiz tapança və tüfəng, 7 ədəd boş tapança, 220 ədəd patron, 1 kilo 383 qram narkotik vasitə, 67 ədəd narkotik həb və 260 min 680 lirə götürülüb.

Murad Məmmədli


SON XƏBƏRLƏR