• Bakı 19° C

    8.51 m/s

  • USD - 1.7

    EUR - 1.8199

    RUB - 0.0182

Bu halda Üçüncü Dünya müharibəsi başlayacaq - Şmıqal

DÜNYA

18 Aprel 2024 | 09:07

Bu halda Üçüncü Dünya müharibəsi başlayacaq - Şmıqal

Ukrayna Rusiya ilə müharibədə məğlub olarsa, Üçüncü Dünya müharibəsi başlayacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denıs Şmıqal BBC-yə müsahibəsində söyləyib.

Şmıhal amerikalı qanunvericilərin Kiyevə 60 milyard dollardan çox vəsaitin ayrılmasını nəzərdə tutan qanun layihəsini qəbul edəcəklərinə dair ehtiyatlı nikbinliyini bildirib.

“Bizə bu pul dünən lazımdır, sabah yox, bu gün yox”, - deyə Şmıqal vurğulayıb.

Onun sözlərinə görə, Ukrayna uduzsa, qlobal, dünya təhlükəsizlik sistemi məhv olacaq və bütün dünya yeni təhlükəsizlik sistemi axtarmalı olacaq. Baş nazir qeyd edib ki, çoxlu münaqişələr, çoxlu belə müharibələr olacaq və bu, sonda Üçüncü Dünya müharibəsinə gətirib çıxara bilər.

Xatırladaq ki, daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski də Üçüncü Dünya müharibəsi ilə bağlı xəbərdarlıq etmişdi.


SON XƏBƏRLƏR

30 Aprel 2024