• Bakı 18° C

    5.2 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Qarabağ Universitetində dərs cədvəlləri hazırlanıb

GÜNDƏM

12 Sentyabr 2024 | 13:00

Qarabağ Universitetində dərs cədvəlləri hazırlanıb

2024/2025-ci tədris ilində Qarabağ Universitetində bütün ixtisaslar üzrə dərs cədvəlləri hazırlanıb, professor-müəllim heyəti tam formalaşıb.

Bakıvaxtı.az xəbər verir ki, Ali təhsil müəssisəsindən verilən məlumata görə, dərslər sentyabrın 23-də başlayacaq.

Qeyd edilib ki, ilk tədris ilinə hazırlıqla bağlı işlər yekunlaşıb, universitetin infrastrukturu tam hazırlanıb.

Tələbə əsaslı müasir modeldə universitet quruculuğunun tərkib hissəsi olaraq, Qarabağ Universitetində orientasiya (tanışlıq) günləri keçiriləcək. Həmin günlərdə tələbələr universitet kampusu, əməkdaşlarla və Xankəndi şəhəri ilə tanış olacaq, bütün zəruri məlumatları əldə edəcək və onları maraqlandıran bütün suallara cavab alacaqlar.

Universitetə gəliş tarixləri barədə dəqiq məlumat tələbələrə müvafiq "WhatsApp" qrupları üzərindən təqdim ediləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Sentyabr 2026