• Bakı 12° C

    8.34 m/s

  • USD - 1.7

    EUR - 1.8331

    RUB - 0.0184

Qarabağda anti-terror tədbirləri qaçılmaz idi:  Bu seçimi biz yox, separatçıların özləri etdi

Gündəm

22 Sentyabr 2023 | 15:48

Qarabağda anti-terror tədbirləri qaçılmaz idi:  Bu seçimi biz yox, separatçıların özləri etdi

"Qarabağda separatçılara və qanunsuz silahlı dəstələrə qarşı keçirilmiş anti-terror tədbirləri labüd və qaçılmaz idi".

Bunu Bakıvaxtı.az-a açıqlamasında AĞ Partiya sədri Tural Abbaslı deyib.

Onun sözlərinə görə, bu seçimi biz yox, separatçıların özləri, onları dəstəkləyən qüvvələr etdi: "Rusiya, ABŞ, Fransa Ermənistanı, Qarabağdakı separatçıları təhrik etməklə sülh danışıqlarını, razılaşmalara əməl olunmasını pozdular. Davamlı təxribatlara meydan yaratdılar”.

T.Abbaslı qeyd edib ki, Azərbaycan 3 ilə yaxındır danışıqlar və kompromis yolu ilə Qarabağın dağlıq hissəsində suverenliyini bərpa etməyə çalışırdı: “Erməniləri də normal dialoqa dəvət edirdik. Amma ermənilər müharibədən ötən üç il ərzində reallıq hisslərini itirdilər. Azərbaycanla şərtlərlə danışmağa başladılar. Hətta Azərbaycanın öz ərazisində humanitar yardımın Xankəndinə çatdırılmasının qarşısını aldılar. Qondarma prezident seçkisi keçirdilər, yolları minaladılar, polislərimizi şəhid etdilər, əsgərlərimizə atəş açdılar. Hər cür təxribata əl atdılar”.

Müsahibimizə görə, heç bir dövlət Azərbaycan qədər dözümlü davrana bilməzdi. Azərbaycan kifayət qədər səbr göstərdi: “Anti-terror tədbirlərinin keçirilməsi zəruri idi. Xankəndidə Azərbaycan bayrağı dalğalanmalı, həmin bölgədə suverenliyimiz tam təmin olunmalıdır. Separatçılar, terrorçular tamamilə zərərsizləşdirilməli, həbs olunmalıdır. Hüquqi dövlətin ayağı mütləq Xankəndi və ətraf bölgələrə dəyməlidir".

Aydın Baxış


SON XƏBƏRLƏR

08 Dekabr 2023