• Bakı 22° C

    5.73 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

“Qarabağ"ın 1/8 finaldakı 8 potensial rəqibi, püşkatmanın vaxtı

İDMAN

23 Fevral 2024 | 00:44

“Qarabağın 1/8 finaldakı 8 potensial rəqibi, püşkatmanın vaxtı

Fevralın 23-də Avropa Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, "pley-off"da "Braqa" (Portuqaliya) səddini adlayaraq tarixində ilk dəfə Avroliqanın 1/8 finalında oynamaq imkanı qazanan "Qarabağ" da püşkatmada təmsil olunacaq. İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.

Bu mərhələdə "pley-off"un qalibləri Avropa Liqasında qrupu birinci yerdə başa vurmuş 8 komandadan biri ilə qarşılaşacaq. "Qarabağ"ın potensial rəqibləri sırasında onunla eyni qrupda yarışmış "Bayer" də (Almaniya) var. 

Ümumilikdə Ağdam klubunun 8 potensial rəqibi aşağıda adları qeyd olunanlardır:

"Atalanta" (İtaliya)
"Bayer" (Almaniya)
"Brayton" (İngiltərə)
"Vest Hem" (İngiltərə)
"Vilyareal" (İspaniya)
"Liverpul" (İngiltərə)
"Reyncers" (Şotlandiya)
"Slaviya" (Çexiya)

qol.az


SON XƏBƏRLƏR