• Bakı 21° C

    4.9 m/s

  • USD - 1.7

    EUR - 1.9053

    RUB - 1.9948

Avropa Liqası: “Qarabağ” mübarizəni dayandırdı- YENİLƏNİB

İDMAN

15 Mart 2024 | 02:02 | Müəllif: Subhan Mahmudov

Avropa Liqası: “Qarabağ” mübarizəni dayandırdı- YENİLƏNİB

Qarabağ" UEFA Avropa Liqasında mübarizəni dayandırıb.

Bakıvaxtı az xəbər verir ki, komanda 1/8 final mərhələsinin cavab matçında "Bayer 04"ə uduzub - 2:3.

***

01:56

“Bayer 04” Almaniyada “Qarabağ”a qarşı keçirdiyi UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda hesabı bərabərləşdirib.

Bakıvaxtı.az xəbər verir ki, Ev sahibləri 90+3-cü dəqiqədə bərabərlik qolunu vurublar.

***

01:26

"Qarabağ" Almaniyada "Bayer 04"ə qarşı keçirdiyi UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda ikinci qolu vurub.

Bakıvaxtı.az-ın  məlumatına görə, 67-ci dəqiqədə Olavio Juninyo növbəti dəfə meydan sahiblərini məyus edib.

Hazırda Azərbaycan çempionu 2:0 hesabı ilə öndədir.

***

01:20

"Qarabağ" Almaniyada "Bayer 04"ə qarşı keçirdiyi UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda azlıqda qalıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Elvin Cəfərquliyev 62-ci dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

Azərbaycan çempionu hazırda hesabda öndədir - 1:0.

***

01:14

Almaniyada "Bayer 04" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda hesab açılıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Azərbaycan çempionu meydan sahiblərini məyus edib.

58-ci dəqiqədə Abdullah Zubir fərqlənib.

***

01:14

Almaniyada "Bayer 04" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda ikinci hissə başlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, hazırda matçda hesab açılmayıb.

***

00:49

Almaniyada "Bayer 04" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda ilk hissə başa çatıb.

Bakıvaxtı.az-ın məlumatına görə, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.

***

23:59

UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunu çərçivəsində “Bayer 04” - “Qarabağ” oyunu başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, qarşılaşma Leverkuzen şəhərindəki “BayArena” stadionunda keçirilir.

Xatırladaq ki, ilk matçda heç-heçə qeydə alınmışdı - 2:2.

***

Almaniyada UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda üz-üzə gələcək "Bayer 04" və "Qarabağ"ın start heyətləri bəlli olub.

Bakıvaxtı.az xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaq.

"Bayer 04": Matey Kovar, Pyero İncape, Odilon Kossunu, Yonas Hofmann, Robert Endrix, Borxa İqlesias, Florian Virts, Edmond Tapsoba, Amin Adli, Ceremi Frimponq, Qranit Caka

"Qarabağ": Andrey Lunyov, Elvin Cəfərquliyev, Bədavi Hüseynov, Julio Romao, Yassin Benzia, Marko Yankoviç, Abdullah Zubir, Bəhlul Mustafazadə, Leandro Andrade, Marko Veşoviç, Juninyo

Qeyd edək ki, bu gün Leverkuzen şəhərindəki "BayArena"dakı qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlanacaq. İlk matçda heç-heçə qeydə alınıb - 2:2.

***

20:45

Bu gün UEFA Avropa Liqasında 1/8 finala yekun vurulacaq.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" da bu mərhələnin cavab matçına çıxacaq.

Ağdam klubu Almaniyada bundesliqanın lideri "Bayer"in qonağı olacaq. Oyun yerli vaxtla 21:00-da (Bakı vaxtı ilə saat 00:00) başlayacaq. Matçı ingiltərəli məşhur hakim Entoni Teylor idarə edəcək.

Komandalar arasında Bakıda keçirilən görüşdə 2:2 hesabı qeydə alınıb. Bu hesab bugünkü matçın gərginliyini bir qədər də artırır.

Qeyd edək ki, "Bayer" bu mövsüm Avropada məğlub olmayan yeganə komandadır.  Leverkuzenlilər bütün turnirlər daxil 36 oyundur uduzmur. Xabi Alonsonun çalışdırdığı kollektiv  bunlardan 31-də qalib gəlib, 5 oyunda heç-heçə edib.  

Xatırladaq ki, "Bayer"lə "Qarabağ" Avropa Liqasının qrup mərhələsində də rəqib olublar. Komandaların Leverkuzendəki oyununda "Bayer" 5:1, Bakıdakı matçda isə 1:0 hesabı ilə "Qarabağ"a qalib gəlib. "Bayer" qrupdan lider, "Qarabağ" isə 2-ci yerin sahibi kimi çıxıb.

14 mart

UEFA Avropa Liqası

1/8 finalın cavab oyunu

00:00."Bayer" (Almaniya) - "Qarabağ" (Azərbaycan)

İlk oyun - 2:2

Hakimlər: Entoni Teylor, Qari Besuik,  Adam Nann Endryu Medli (İngiltərə)

Leverkuzen. "Bay-Arena"


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Oktyabr 2026