• Bakı 12° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Qayda pozan AA seriyalı lüks maşın kimindir? - FOTO

CƏMİYYƏT

21 Noyabr 2021 | 12:06

Qayda pozan AA seriyalı lüks maşın kimindir? - FOTO

Ötən gün Bakı Nəqliyyat Agentliyi (BNA) avtobus zolaqlarının tələbini pozan sürücülərin görüntülərini yayıb.

Bakıvaxtı.az xəbər verir ki, bunlardan biri sosial şəbəkələrdə xüsusilə müzakirələrə səbəb olub.

Söhbət 90-AA-013 dövlət nömrə nişanlı “Mercedes-Maybach” markalı lüks avtomobildən gedir.

Bəs qayda pozduğuna görə ictimai müzakirələrə səbəb olan maşın kimindir?

Jurnalist Samir Feyruzov bununla bağlı maraqlı məlumat paylaşıb:

“Bir neçə gündür ki, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq sərnişin avtobuslarının hərəkətinə maneçilik törədən “AA” seriyalı maşın müzakirələrə səbəb olub. Söhbət avtobus zolaqlarının tələblərini pozan 90-AA-013 dövlət nömrə nişanlı “Mercedes-Maybach” markalı lüks avtomobildən gedir.

Bu haqda saytlarda da məlumat dərc olunub. Ancaq məsələnin kökünü araşdırmaq lazım idi. Bəs tez-tez yol hərəkəti qaydalarını pozan bu bahalı avtomobil kimindir?

Qısa araşdırma apardım. Bəlli oldu ki, 90 AA 013 dövlət nömrə nişanlı avtomobil “Bakı Klinikası”nın sahibi Aytən Quliyevaya məxsusdur. Klinikanın əsl sahibi isə AMEA-nın prezidenti Ramiz Mehdiyevdir".(musavat.com)


Qayda pozan AA seriyalı lüks maşın kimindir? - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026