“Xankəndində fəaliyyət göstərən təhsil müəssisələri Təhsil Nazirliyinin strukturunda yaradılacaq müvafiq regional idarəyə tabe olacaq”.
Bakıvaxtı.az xəbər verir ki, ölkə prezidentinin təhsillə bağlı sərəncamlarına dair keçirilən brifinqdə Təhsil naziri Emin Əmrullayev bildirib.
O qeyd edib ki, Xankəndi Azərbaycanın ayrılmaz tərkib hissəsidir: “Hazırda siyasi proseslər aparılır. Erməni vətəndaşlarının öz dillərində təhsil alması ilə bağlı müvafiq qərar verilə bilər. Azərbaycanda milli azlıqlar öz dillərində təhsil ala bilirlər”.
Ramid İbrahimov
















