• Bakı 15° C

    7.08 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

DTX-nin rəhbərliyi Şəhidlər xiyabanını ziyarət etdi

CƏMİYYƏT

20 Yanvar 2022 | 10:55

DTX-nin rəhbərliyi Şəhidlər xiyabanını ziyarət etdi

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev və DTX-nin rəhbər heyəti 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban verən qəhrəman Vətən övladlarının məzarlarını ziyarət ediblər.

Bakıvaxtı.az DTX-nin saytına istinadla xəbər verir ki, şəhidlərin məzarı üzərinə tər qərənfillər düzülüb, şəhidlərimizin unudulmaz və müqəddəs xatirəsi dərin hüznlə yad olunub.

Sonra Xidmətin şəxsi heyəti adından “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Şəhidlər xiyabanında dəfn edilən təhlükəsizlik orqanları əməkdaşlarının da əziz xatirəsi ehtiramla anılıb, məzarları üzərinə gül dəstələri düzülüb.


DTX-nin rəhbərliyi Şəhidlər xiyabanını ziyarət etdiDTX-nin rəhbərliyi Şəhidlər xiyabanını ziyarət etdi
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026