“Dini klipin orta məktəbdə çəkilməsi barədə bizdə məlumat var. Bu nazirliyin prosedurlarına və qaydalarına ziddir”.
Bakıvaxtı.az xəbər verir ki, ölkə prezidentinin təhsillə bağlı sərəncamlarına dair keçirilən brifinqdə Təhsil naziri Emin Əmrullayev bildirib.
Nazir qeyd edib ki, məktəbdə dini klipin çəkilməsi ilə bağlı Təhsil Nazirliyindən icazə almınmayıb: “Kimsə istədiyi vaxt məktəbdə klip çəkdirə bilməz. Məktəbdə dini klipin çəkilməsinə şərait yaradan məktəbin rəhbərliyi ilə bağlı tədbir görülüb”.
Ramid İbrahimov
















