"Dünyanın bir çox ölkələrində "Omikron" ştamı yayılıb və Azərbaycanda da ştama yoluxmalar artır".
Bakıvaxtı.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib.
"Omikron" ştamının yayılması ilə əlaqadar karantin rejiminin sərtləşdiriləcəyi barədə deyilənlərə gəlincə, nazir hələ ki, buna ehtiyac olmadığını vurğulayıb.
















