• Bakı 14° C

    2.05 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 2.1118

Bakıda maskalı şəxslər şirkətə BASQIN ETDİ

CƏMİYYƏT

19 Fevral 2022 | 11:08 | Müəllif: Subhan Mahmudov

Bakıda maskalı şəxslər şirkətə BASQIN ETDİ

Suraxanıda maskalı şəxslər şirkətə basqın edib.

Daxili İşlər Nazirliyindən Bakıvatxı.az-a verilən məlumata görə, Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinə fevralın 13-də saat 5 radələrində Suraxanı qəsəbəsi ərazisində yerləşən şirkətlərdən birinin həyətinə girmiş 2 maskalı şəxsin oradakı traktorun hissələrini söküb apararkən nəzarətçi, Bakı şəhər sakini C.Muxtarovu bıçaqla hədələyərək getmələri barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən qəsəbə sakinləri, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuşlar - P.Abdullayev və C.Abdullayev müəyyən edilərək saxlanılıb.

Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Oktyabr 2026