Bu gün saat 19:33-də Azərbaycana yaz fəsli daxil olub.
AMEA Şamaxı Astrofizika Rəsədxanasından Bakıvaxtı.az-a verilən məlumata görə, bu zaman gecə ilə gündüz bərabərləşir.
Günəş ekliptika üzrə hərəkət edir və ekvatoru kəsərək cənub yarım kürəsindən şimal yarım kürəsinə keçir, həmin andan Şimal yarım kürəsində yaz fəsli başlayır.
Aytac Aslan
















