• Bakı 11° C

    3.38 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

"Tərtər işi"nə görə axtarışda olan gizir -YENİLƏNİB (FOTO)

CƏMİYYƏT

19 Aprel 2022 | 16:26 | Müəllif: Subhan Mahmudov

"Tərtər işi"nə görə axtarışda olan gizir - YENİLƏNİB (FOTO)

Xəbər verdiyimiz kimi, Baş Prokurorluq “Tərtər işi” ilə bağlı bir nəfər barəsində axtarış elan edilməsi haqda məlumat yayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, qanunsuz həbs edilən hərbçilərə işgəncə verməkdə təqsirləndirilən Əzizov Polad Seyfəddin oğlunun daha əvvəl saxlanıldığı, sonradan buraxıldığı məlum olub. 

Belə ki, 1982-ci il təvəllüdlü gizir Polad Əzizov 2015-ci ilin oktyabrında Xüsusi Təyinatlı Qüvvələrdən və Ordu sıralarından tərxis olunub. Lakin o, 2016-cı ilin aprelində yenidən ordu sıralarına bərpa edilib və həmin ilin dekabrında Tərtər əlahiddə kəşfiyyat taborunda xüsusi təyinatlı bölükdə xidmətə başlayıb.

2017-ci ilin mayında isə Polad Əzizov Tərtərdə aşkara çıxarılan casus şəbəkəsinin üzvlərinə işgəncə verməkdə şübhəli bilinərək həbs edilib. 

Sonradan sərbəst buraxılan P.Əzizov istintaqdan yayındığı üçün onun barəsində axtarış elan edilib.(qafqazinfo)

***15:31

Baş Prokurorluğun yaydığı məlumata əsasən, “Tərtər işi” ilə bağlı gizir Əzizov Polad Seyfəddin oğlu barəsində axtarış elan edilib. 

Bakıvaxtı.az xəbər verir ki, P.Əzizov Qazax rayonunun Qazaxbəyli kəndində anadan olub.

O, Tərtər hadisələrindən sonra istintaqdan gizlənib.


"Tərtər işi"nə görə axtarışda olan gizir - YENİLƏNİB (FOTO)
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026