“Elektron məhkəmə sistemində yenilik olacaq. Bu isə həm vətəndaşların, həm də hakimlərin işini asanlaşdıracaq”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət baş idarəsinin rəisinin müavini Sübhi Kazımov media nümayəndələri üçün “Ədliyyə orqanlarında və məhkəmələrdə kommunikasiya siyasəti” mövzusunda birgə təlimdə bildirib.
O qey edib ki, hazırda yalnız Gəncə Apellyasiya Məhkəməsi və Şirvan Apellyasiya Məhkəməsi elektron məhkəmə sisteminə qoşulmayıb: “Həmin məhkəmələrin də yaxın gələcəkdə bu sistemə qoşulması üçün informasiya kommunikasiya texnologiyası avadanlığı ilə təmin ediləcək”.
Ramid İbrahimov
















