• Bakı 8° C

    1.11 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Meymunçiçəyi təhlükəli deyil? - AÇIQLAMA

CƏMİYYƏT

18 Iyun 2022 | 10:45 | Müəllif: Qalib İbrahimoğlu

Meymunçiçəyi təhlükəli deyil? - AÇIQLAMA

Meymunçiçəyinin yoluxuculuğunu yüksək adlandırmaq olmaz.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstanın tanınmış həkimi İrakli Dartsmeliya bidirib. Onun sözlərinə görə, bu səbəbdən də təşvişə düşmək, pandemiya haqqında danışmaq tezdir. Gürcü həkim əslində hazırda ciddi problem olmadığını qeyd edib..

İnfeksionist Mərdan Əliyev Bakıvaxtı.az-a bildirib ki, meymunçiçəyi yalnız sıx kontakt yolu ilə yoluxur: “İkinci yoluxma isə tənəffüz yolları vasitəsilə ola bilər. Yəni, yoluxmaq üçün üzbəüz daha uzun müddətli, yaxın məsafədən söhbət etmək lazımdır. Buna görə, meymunçiçəyi xəstəliyinin pandemiya, ya da epidemiya yaratma kimi lüksü yoxdur”.

İnfeksionistin sözlərinə görə, pandemiya yaradan xəstəliklər yalnız koronavirus kimi yüksək yoluxuculuq qabiliyyəti olanlardır: “Ona görə, hazırda narahat olmalı bir şey yoxdur".

M.Əliyevə görə, yoluxma sayında da o qədər narahatedici bir şey yoxdur: "Meymunçiçəyi xəstəliyinin yoluxma sürəti koronavirusdan xeyli dərəcədə aşağıdır”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026