• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

COVID-19 beynin qismən kiçilməsinə səbəb olur

CƏMİYYƏT

21 Mart 2022 | 00:18 | Müəllif: Subhan Mahmudov

COVID-19 beynin qismən kiçilməsinə səbəb olur

COVID-19 beynin qismən də olsa, kiçilməsinə səbəb olur.

Bakıvaxtı.az AZƏRTAC-a istinadən bildirir ki, Böyük Britaniyanın Oksford Universiteti tərəfindən aparılan araşdırmada koronavirusa yoluxmamışdan əvvəl və sonra çəkilmiş beyin MRT-lərini (maqnit rezonans görüntüləmə) müqayisə edən elm adamları beynin ümumilikdə 0,2-2 faiz kiçildiyini müşahidə ediblər.

Hətta xəstəliyi yüngül keçirənlərin qoxubilmə və yaddaşla əlaqəli beynində olan hissələrində boz maddənin azaldığı müşahidə olunub.

Boz maddə yaddaş və qərar qəbuletmə kimi funksiyalar üçün də əsas strukturdur.

Boz maddənin azalması ən çox beynin iybilmə funksiyasının yerinə yetirildiyi hissəsində özünü göstərib. Virusun birbaşa bu bölgəni hədəf aldığı sübut olunmayıb. Virus səbəbindən qoxubilmə itkisi yaşayanların bu hissədən daha az istifadə etməsi nəticəsində hüceyrə ölümü də baş verə bilər.

Tədqiqatçılar beyindəki bu dəyişikliklərin qalıcı olub-olmaması ilə bağlı məlumatlı olmadıqlarını bildiriblər, lakin digər tərəfdən, beynin sağalma potensialına malik olduğu qənaətindədirlər.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026