Statistik məlumatların verilməsi qaydalarının pozan şirkətlər cərimələnə bilər.
Bakıvaxtı.az xəbər verir ki, Dövlət Statistika Komitəsi “AKSH” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) və “SPAZİO DESİGN” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 389-ci maddəsində protokol tərtib edərək işi məhkəməyə göndərib.
Məcəllənin 389-ci maddəsində bildirilib ki, statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə, üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
Ramid İbrahimov
















