• Bakı 13° C

    5.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Qaz limiti niyə ilin ilk günü sıfırlanmır? - AÇIQLAMA

CƏMİYYƏT

16 Dekabr 2021 | 15:16 | Müəllif: Qalib İbrahimoğlu

Qaz limiti niyə ilin ilk günü sıfırlanmır? - AÇIQLAMA

""Azəriqaz" İB qaz sayğaclarının sıfırlanmasının ilin sonunda aparılması üçün mexanizm fikirləşməlidir".

Bakıvaxtı.az xəbər verir ki. bu barədə hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı "Facebook"da yazıb.

Onun bildirdiyinə görə, hər il "Azəriqaz" IB mexaniki saygac istifadəçisi olan abonentlərin qaz saygaclarının son göstəricilərini növbəti ilin yanvarın  8-15-dək götürür: "Yəqin ki, proses bu il də təkrarlanacaq. Bu halda götürülən rəqəmlər abonentin 2021-ci cu ilin dekabr ayının qaz sərfiyyatına daxil olunacaq. Bu da limiti keçən abonent üçün ikiqat məbləğ deməkdir".

M.Qəhrəmanlı bildirb ki, rayonlarda qaz sərfiyyatı daha çox olur, nəinki şəhər evlərində. Onun sözlərinə görə, əksər abonentlər artıq noyabr ayında limiti keçir və qaz sərfiyyatı üçün ikiqat ödəniş edir.

Problemlə bağlı "Azəriqaz" İB-nin mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev "qafqazinfo"ya bildirib ki, dekabrın 31-dən etibarən sözügedən sayğacların sıfırlanmasına başlanılır və proses ən qısa zamanda tamamlanacaq: "Bakı ərazisində 400 minə yaxın, ölkə ərazisində isə 1,5 milyon mexaniki sayğac var. 200 nəfər əməkdaşla bu sayğacların oxunması mümkün deyil. Ona görə də dekabrın 31-dən etibarən abonentlər 077 3104104 votsap nömrəsinə sayğacın üz qabığının çəkib atsınlar. Bayram günləri də bizim əməkdaşlarımız iş başındadır və çalışacağıq ki, bu prosesi ən qısa zamanda tamamlayaq".

Problemin birdəfəlik həllinə gəlincə isə, E. Vəliyev əlavə edib ki, işçi sayını artırmaqla bu prosesin öhdəsindən gəlmək mümkün deyil. Problemin tamamilə həll edilməsi üçün mexaniki sayğacların smart sayğaclarla əvəzlənməsinə başlanılıb. Abonentlər smart sayğaclara keçəndən sonra bu sahədə heç bir problem qalmayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026