• Bakı 13° C

    5.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Bu il Bakıya nə qədər avtobus gətiriləcək? - BNA-dan AÇIQLAMA

CƏMİYYƏT

15 Yanvar 2022 | 13:16

Bu il Bakıya nə qədər avtobus gətiriləcək? - BNA-dan AÇIQLAMA

Bu il Azərbaycana 320 avtobus gətiriləcək.

Bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirib.

BNA sözçüsünün sözlərinə görə, 150 avtobus artıq paytaxtdadır:

“2020-ci ildə BNA ilə qardaş Türkiyə Respublikasının BMC şirkəti arasında imzalanan müqaviləyə əsasən alınan 320 ədəd avtobusun 150 ədədi artıq şəhərimizdədir. Çatdırılma prosesi bu yaxınlarda yekunlaşıb".

M.Ağayev deyib ki, gətirilən avtobusların hamısı 12 metrlik, avro6 standartına uyğun sərnişindaşıma tələblərinə tam cavab verən nəqliyyat vasitələridir: "Qalan 170 ədəd avtobus da eyni qayadada. 9 metrlik olan bu avtobuslar qarşıdakı aylarda Bakı çatdırılacaq”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026