• Bakı 11° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Bakıda yeni binada liftin təhlükə yaratdığı müəyyən olunub - VİDEO

CƏMİYYƏT

15 Yanvar 2022 | 13:30 | Müəllif: Qalib İbrahimoğlu

Bakıda yeni binada liftin təhlükə yaratdığı müəyyən olunub - VİDEO

Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirir.

Nazirlikdən Bakıvaxtı.az-a bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Əhmədli qəsəbəsi, M.Hadi küçəsi 77 ünvanında yerləşən doqquzmərtəbəli yaşayış binasının liftinin qəzalı vəziyyətdə olması barədə vətəndaş tərəfindən müraciət daxil olub.

Müraciətlə əlaqədar dərhal FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri tərəfindən həmin binadakı liftə baxış keçirilib. Baxış zamanı həqiqətən də liftin müvafiq təhlükəsizlik tələblərinə cavab vermədən istismar edildiyi və beləliklə, insan həyatı və sağlamlığı üçün təhlükə yaratdığı müəyyən olunub.

Qeyd olunanlar nəzərə alınaraq, liftdə aşkar olunmuş texniki təhlükəsizliklə bağlı pozuntuların aradan qaldırılması üçün aidiyyəti müəssisə qarşısında məsələ qaldırılıb və pozuntuların qısa müddətdə aradan qaldırılaraq liftin təhlükəsiz istismarı təmin edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026