• Bakı 14° C

    2.05 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 2.1118

Ərəblər Azərbaycanda “Qırmızı Kitab”a düşən quşları ovlayırlar?

CƏMİYYƏT

15 Yanvar 2022 | 14:10 | Müəllif: Subhan Mahmudov

Ərəblər Azərbaycanda “Qırmızı Kitab”a düşən quşları ovlayırlar?

Tovuzun Ceyrançöl qışlağında ərəblərin ov etməsi barədə iddialar yayılıb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yer alıb. 

Bildirilib ki, onlar bəzgək quşları ovlayırlar:

“Hələ bir çadır da qurublar. Ərəblər Ceyrançölə 7-8 avtomobillə gəliblər. Hunanlı adlanan kəndin ərazisindədirlər”.

Məsələ barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxladıq. 

Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda məsələ ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, bəzgək Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxildir.

Xatırladaq ki, hazırda ölkəmizdə ov mövsümüdür. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Oktyabr 2026