• Bakı 18° C

    1.88 m/s

Qazaxda qəza oldu - Ana və övladı xəsarət aldı (YENİLƏNİB)

HADİSƏ

23 Yanvar 2022 | 20:01

Qazaxda qəza oldu - Ana və övladı xəsarət aldı (YENİLƏNİB)

Qazaxda baş verən yol qəzasında xəsarət alanların kimliyi məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, "Hərbi şəhərcik" adlanan ərazidə iki avtomobilin toqquşması nəticəsində 1993-cü il təvəllüdlü Q.Nuriyeva və onun oğlu 2018-ci il təvəllüdlü Z.Nuriyev xəsarət alıblar.

Yaralılar xəstəxanaya çatdırılıb. Q.Nuriyevanın vəziyyəti normal, Z.Nuriyevin vəziyyətinin isə qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb. (report)

*** 19:13

Qazaxda ana və övladı yol qəzasında xəsarət alıb.

Bakıvaxtı.az-ın "Report"a istinadən məlumatına görə, hadisə şəhərin "Hərbi şəhərcik" adlanan ərazidə qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində qadın və övladı (şəxsiyyətləri dəqiqləşdirilir-red.) xəsarət alıb.

Yaralılar xəstəxanaya aparılıblar, vəziyyətləri qənaətbəxş hesab olunur.

Faktla bağlı araşdırmalara başlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Oktyabr 2026