Samuxda bir nəfəri xəsarət alması ilə nəticələnən yanğın olub.
Bakıvaxtı.az-ın FHN-ə istinadən məlumatına görə, hadisə rayonun Seyidlər kəndində qeydə alınıb. Ümumi sahəsi 60 m² olan birmərtəbəli 2 otaqlı evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 10 m² sahədə, digər otağının tavanı 2 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
















