• Bakı 16° C

    1.01 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Ehtiyatsızlıqdan çaya yıxıldı və...

HADİSƏ

24 Mart 2022 | 11:56 | Müəllif: Qalib İbrahimoğlu

Ehtiyatsızlıqdan çaya yıxıldı və...

İsmayıllı rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Bakıvaxtı.az-ın apa-ya istinadən xəbərinə görə, rayonun Aşıqbayramlı kənd sakini, 1964-cü il təvəllüdlü Zahidov Vaqif Böyükağa oğlu bu gün saat 10:30 radələrində yaşadığı evin yaxınlığından keçən kiçik dağ çayında əlini yumaq istəyərkən ehtiyatsızlıq edib, ayağı sürüşərək suya düşüb. Çaya yıxılan kişi köməksiz vəziyyətdə qaldığı üçün suda boğularaq ölüb.

Onun meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilib.

Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Oktyabr 2026