Bakıda polisin nişanlısını öldürüb, daha sonra özünün intihar etməsi ilə bağlı cinayət işi başlanılıb.
Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətinin prokuroru Aynur Əfəndiyeva bildirib. Onun sözlərinə görə, faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) və 125-ci (Özünü öldürmə hədinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.
Xatırladaq ki, hadisə bu gün günorta saatlarında paytaxtın Nərimanov rayonu ərazisindəki evlərin birində qeydə alınıb.
Belə ki, Xəzər Rayon Polis İdarəsinin əməkdaşı Tural Aslanov qısqanclıq zəminində nişanlısı Günay Cabbarovanı qətlə yetirdikdən sonra özü də intihar edib.
***
13:55
Bakıda polis nişanlısını qətlə yetirib, daha sonra intihar edib.
Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib.
Qeyd edilib ki, bu gün günorta saatlarında paytaxtın Nərimanov rayonu ərazisindəki evlərin birində Xəzər rayon Polis İdarəsinin əməkdaşı Tural Aslanov qısqanclıq zəminində nişanlısı Günay Cabbarovanı qətlə yetirdikdən sonra özü də intihar edib.
Faktla bağlı araşdırmalar aparılır.
















