• Bakı 4° C

    0.86 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Şəkidə mikroavtobus 12 yaşlı yeniyetməni vurub

HADİSƏ

21 May 2022 | 22:16 | Müəllif: Subhan Mahmudov

Şəkidə mikroavtobus 12 yaşlı yeniyetməni vurub

Şəkidə piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az "Report"a istinadən bildirir ki, hadisə axşam saatlarında, Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Şəkinin Suçma kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1991-ci il təvəllüdlü Səməd Qurbanov idarə etdiyi "Ford" markalı mikroavtobusla hərəkətdə olarkən 2010-cu il təvəllüdlü Elvin Məmmədlini vurub. Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, onun vəziyyəti orta-ağırdır.

Qeyd edək ki, mikroavtobus Zaqatala-Bakı marşrut xətti ilə hərəkət edirmiş.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026