• Bakı 15° C

    7.37 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Azərbaycanda yeni doğulan körpə öldü

HADİSƏ

20 Iyun 2022 | 13:57 | Müəllif: Subhan Mahmudov

Azərbaycanda yeni doğulan körpə öldü

Qazax rayonunda yeni doğulmuş körpə ölüb.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə ötən gün baş verib. 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova Oxu.Az-a açıqlamasında bildirib ki, dünən saat 15:10 radələrində təbii üsulla doğuşun icra edilməsi məqsədilə Qazax Mərkəzi Xəstəxanasının Təcili yardım bölməsinə müraciət daxil olub:

“Saat 18:40-da 38 həftəlik, 3 kiloqram 100 qram oğlan uşağı doğulub. Doğumdan sonra körpənin vəziyyətində narahatlıq müşahidə edildiyindən ona müvafiq tibbi yardım göstərilib. Bütün mümkün tibbi yardımın göstərilməsinə baxmayaraq, 22:15 radələrində körpə dünyasını dəyişib.

Ölüm səbəbinin araşdırılması üçün körpənin nəşi Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qazax rayon şöbəsinə təhvil verilib”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026