• Bakı 12° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Azərbaycanda AĞIR QƏZA: Ölən və yaralananlar var

HADİSƏ

20 Iyul 2022 | 00:06

Azərbaycanda AĞIR QƏZA: Ölən və yaralananlar var

Kürdəmirdə ağır yol qəzası baş verib.

Bakıvaxtı.az report-a istinadən xəbər verir ki, hadisə Ərəbqubalı kəndi ərazisində qeydə alınıb.

Belə ki, "VAZ-2106" markalı avtomobilin sürücüsü, Ərəbqubalı kənd sakini 63 yaşlı Həsənov Əlhəsən Mehdiqulu oğlu kənd yolunda hərəkətdə olarkən idarəetməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq bir neçə dəfə aşıb.

Hadisə zamanı avtomobildə olan sərnişin 68 yaşlı Ərəbqubalı kənd sakini Nəsirov Nəsir Qurban oğlu hadisə yerindəcə dünyasını dəyişib. Sürücü isə müxtəlif dərəcəli ağır bədən xəsarəti alaraq Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026