Bakıda evdə yanğın olub.
Bakıvaxtı.az FHN-ə istinadla xəbər verir ki. hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb. Ümumi sahəsi 70 m² olan kürsülü, birmərtəbəli evin dəhlizinin, mətbəxinin tavanı və dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb. Yanğın zamanı evin içərisində həcmi 20 litr olan 1 ədəd məişət qaz balonu yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə çıxarılıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
















