Bu gün Azərbaycan Premyer Liqasında 2-ci tur start götürüb.
Bakıvaxtı.az xəbər verir ki, ilk oyun günündə nəzərdə tutulan 2 matçdan 1-i başa çatıb. Əvvəlcə "Qəbələ" "Keşlə"ni qəbul edib. Qəbələ şəhər stadionunda oynanılan görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Günün son qarşılaşmasında "Sabah" "Sumqayıt"ın qonağı olacaq. Matça saat 20:00-da start veriləcək.
















