• Bakı 12° C

    3.29 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Türkiyə millisini çalışdıracağım üçün xoşbəxtəm"

İDMAN

20 Sentyabr 2021 | 20:10 | Müəllif: Subhan Mahmudov

"Türkiyə millisini çalışdıracağım üçün xoşbəxtəm"

Türkiyə millisinin yeni baş məşqçisi Ştefan Kunts yığmaya təyinatı haqqında fikirlərini bölüşüb. 

Bakıvaxtı.az xəbər verir ki,  59 yaşlı mütəxəssis təqdimat mərasimində deyib: 

"Norveçlə DÇ-2022-nin seçmə oyununa sürətlə hazırlaşacağıq. Bütün diqqəti oyunumuza yönəldəcəyik". 

Kunts Türkiyə Futbol Federasiyasının (TFF) İcraiyyə Komitəsinin üzvü və Türkiyə millisinin sabiq futbolçusu Hamit Altıntopun onunla əlaqə saxladığını bildirib: "Bunun üçün qurur duydum. Məşhur və uğurlu türkiyəli baş məşqçinin ardından bu posta gəldiyim üçün xoşbəxtəm. İşin böyük hissəsi bundan sonra başlayır".

Qeyd edək ki, Kunts ilə 3 illik müqavilə imzalanıb. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026