• Bakı 9° C

    3.85 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

"Seltik" ilk qələbəsini qazandı

İDMAN

19 Oktyabr 2021 | 20:34

"Seltik" ilk qələbəsini qazandı

UEFA Avropa Liqasının qrup mərhələsində III tura start verilib.

Bakıvaxtı.az-ın məlumatına görə, ilk oyun günündə 1 görüş keçirilib.

Günün yeganə matçı G qrupunda Şotlandiya "Seltik"i ilə Macarıstan "Ferentsvaroş"u arasında olub. Qlazqo şəhərindəki "Seltik Park" stadionunda oynanılan qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hər 2 qol ikinci hissədə vurulub. 57-ci dəqiqədə Kyoqo Furuhasi, 81-ci dəqiqədə isə Devid Ternbull fərqlənib.

Qrup mərhələsində ilk qələbəsini və xallarını qazanan "Seltik" 3-cü pilləyə yüksəlib. Xalı olmayan "Ferentsvaroş" sonuncu sırada yer alıb. Qrupa hərəyə 6 xalla Almaniya "Bayer"i və İspaniya "Betis"i başçılıq edir. Yeri gəlmişkən, bu komandalar arasında görüş oktyabrın 21-də İspaniyada keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR