• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Qarabağ" - "Kayrat" oyununa 2 min bilet qaldı

İDMAN

20 Oktyabr 2021 | 14:15 | Müəllif: Subhan Mahmudov

"Qarabağ" - "Kayrat" oyununa 2 min bilet qaldı

"Qarabağ"ın Konfrans Liqasının qrup mərhələsinin 3-cü turunda evdə "Kayrat"la (Qazaxıstan) matçına bilet satışı davam edir. 

Klubun mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, indiyədək qarşılaşmaya 13 mindən çox bilet satılıb. Cəmi 2 min bilet qalıb. 

Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyuna koronavirus pandemiyası səbəbindən arenanın yalnız 50 faizi tutumunda azarkeş buraxılmasına icazə verilib. 

Əlavə edək ki, oktyabrın 21-i oynanılacaq "Qarabağ" - "Kayrat" görüşü saat 20:45-də başlayacaq. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR