“Ümumiyyətlə, Cənubi Qafqazda sülhə xidmət etmək üçün inklüziv yanaşma məcburidir”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vüqar Bayramov deyib.
Onun fikrincə, Brüsseldə baş tutacaq görüş isə sülhə xidmət etmir.
Deputatın sözlərinə görə, son 2 gündə İlham Əliyevə olan zənglər onu göstərir ki, Qərb Azərbaycanın güclü mövqeyini qəbul edir:
"Azərbaycan artıq 30 il müddətində Ermənistan işğalı altında qalmış ərazilərini bərpa edir, buna görə də yenidənqurmalarda köməyə ehtiyacı olan Azərbaycandır. Qərb təzminatın verilməsinə dəstək olmalıdır. Bütün bu görüşlərə rəğmən, Azərbaycan öz yenidənqurmasına davam edir. Bu da Cənubi Qafqazda yeni bir səhifədir”.
Aytac Aslan















