• Bakı 19° C

    5.17 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Kolomina: "Azərbaycanın NATO missiyalarına töhfələrini alqışlayırıq"

SİYASƏT

04 May 2024 | 16:11 | Müəllif: Gülşən Şərif

Kolomina: "Azərbaycanın NATO missiyalarına töhfələrini alqışlayırıq"

"Azərbaycanla NATO arasında qarşılıqlı faydalı tərəfdaşlıq qurulub".

Bakıvaxtı.az xəbər verir ki, bunu NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə Xüsusi Nümayəndəsi Xavier Kolomina "X" hesabında bildirib.

Bu gün Azərbaycanın NATO-nun tərəfdaşı olmasının 30 ili tamam olduğunu qeyd edən NATO rəsmisi tərəflər arasında fəal siyasi dialoqun olduğunu vurğulayıb: 

"O vaxtdan bəri biz fəal siyasi dialoq və praktiki əməkdaşlıq vasitəsilə qarşılıqlı faydalı tərəfdaşlıq qurmuşuq. Xüsusilə Azərbaycanın NATO missiyalarına, enerji təhlükəsizliyinə və iqlim dəyişikliyinə töhfələrini alqışlayırıq". (apa)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR