• Bakı 13° C

    6.4 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İƏT-in 16-cı sammitinin Azərbaycanda keçirilməsi təsdiqlənib

SİYASƏT

04 May 2024 | 22:07 | Müəllif: Subhan Mahmudov

İƏT-in 16-cı sammitinin Azərbaycanda keçirilməsi təsdiqlənib

Qambiya Respublikasında İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 15-ci İslam Sammitində 2026-cı ildə İƏT-in 16-cı İslam Sammitinin Azərbaycanda keçirilməsi təsdiqlənib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Bildirilib ki, Sammitin sonunda Banjul Sammitinin yekunlarına dair qəbul olunmuş Yekun Kommunikedə həmçinin bu istiqamətdə Bakıda təşkil olunacaq Sammitin həyata keçirilməsində əməkdaşlığa çağırış olunub.

Kommunike, eyni zamanda “Bakı prosesi” çərçivəsində təşkil olunmuş VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsini alqışlayıb, habelə BMT sistemində, xüsusilə Təhlükəsizlik Şurasının strukturunda coğrafi təmsilçiliyin daha ədalətli bölgüsünə çağırış edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026