• Bakı 11° C

    5.7 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Samir Nuriyev Fatih Birol ilə görüşdü

SİYASƏT

03 Iyun 2024 | 20:10 | Müəllif: Subhan Mahmudov

Samir Nuriyev Fatih Birol ilə görüşdü

İyunun 3-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, COP29 üzrə Təşkilat Komitəsinin sədri Samir Nuriyev Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol ilə görüşüb.

Bakıvaxtı.az bildirir ki, görüşdə Samir Nuriyev qarşı tərəfə ölkəmizin COP29-a hazırlıq prosesi ilə bağlı ətraflı məlumat verib.

Fatih Birol Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul olunduğunu və görüşdə COP29 ilə bağlı səmərəli müzakirələr aparıldığını məmnuniyyətlə vurğulayaraq, rəhbərlik etdiyi təşkilatın COP29-un uğurla keçirilməsinə töhfə verməyə hazır olduğunu bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026