• Bakı 9° C

    5.52 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Qərbi Azərbaycan İcması Şarl Mişelə məktub göndərdi

SİYASƏT

01 Mart 2023 | 11:44

Qərbi Azərbaycan İcması Şarl Mişelə məktub göndərdi

Qərbi Azərbaycan İcması Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelə məktub göndərib.

İcmadan Bakıvaxtı.az-a verilən xəbərə görə, məktubda Ermənistandan qovulmuş azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə öz vətənlərinə qayıtmalarına Avropa İttifaqının dəstək verməsini və Avropa İttifaqının Ermənistandakı Missiyasının (EUMA) bu ölkədən qovulmuş azərbaycanlıların hüquqlarının təmin edilməsi sahəsində müvafiq etimad quruculuğu tədbirləri həyata keçirməsini xahiş edilib.

Məktubda Avropa İttifaqının Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını təşviq edən səyləri alqışlanmaqla bərabər, davamlı sülhün bərqərar edilməsi üçün Ermənistandan qovulmuş azərbaycanlıların qayıtmalarının zəruri şərti olduğu vurğulanıb.

Həmçinin, EUMA-nın mandatının etnik əsasda ayrı-seçkilik olmadan Ermənistanda insan hüquqlarına hörmətin təmin edilməsinə və etimad quruculuğuna dair vəzifələr ehtiva etdiyinə diqqəti çəkən İcma, Missiyanı Ermənistandan qovulmuş azərbaycanlıların hüquq və təhlükəsizliyi ilə məşğul olmağa, o cümlədən, onların öz evlərini, qəbiristanlıqlarını, müqəddəs yerlərini və mədəni abidlərini ziyarət edə bilmələrinə şərait yaratmağa çağırıb.

İcma həmçinin Avropa İttifaqının Ermənistandakı missiyası ilə insan hüquqları, humanitar məsələlər, mülki şəxslərin qorunması kimi mövzular üzrə əməkdaşlığa hazır olduğunu bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026