• Bakı 18° C

    5.2 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Qərblə Rusiya bu dəfə dəhlizdə ÜZ-ÜZƏ: Ermənistanın təhlükəsizliyi risk altına düşəcək

SİYASƏT

29 Oktyabr 2024 | 14:10 | Müəllif: Qalib İbrahimoğlu

Qərblə Rusiya bu dəfə dəhlizdə ÜZ-ÜZƏ: Ermənistanın təhlükəsizliyi risk altına düşəcək

"Qərbin Zəngəzur dəhlizinin açılması yönündə Rusiya ilə ciddi rəqabətinin olduğunu görürük. Zəngəzur dəhlizinin Ermənistanın şərtləri daxilində açılmasına çalışılırdı".

Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq Natiq Miri deyib.

Onun sözlərinə görə, Qərb bu yöndə Ermənistana dəstək verir və hesab edirdi ki, Ermənistan ağırlıqlı bir dəhliz olmalıdır:

"Dolayısı Azərbaycanın geosiyasi əhəmiyyətini aşağı salmaq, Ermənistanın siyasi əhəmiyyətini artırmaq istəyirdilər. Bu, İranın da siyasətinə uyğun gəlirdi. Ancaq nəticə nə oldu? Bu gün artıq Ermənistanın Baş naziri Nikol Paşinyan "kommunikasiya sistemi yalnız Ermənstanın suveren hüquqları çərçivəsində açıla bilər" açıqlaması artıq "Rusiya dəhlizdə monitorinq apara bilər" fikirləri ilə əvəzlənib. Bu bir göstəricidir. Yəni prosesi Azərbaycana təzyiq fonunda davam etdirəcəyiniz təqdirdə, Ermənistan istədiklərinə nail ola bilməyəcək. Paralel olaraq Ermənistanın təhlükəsizliyi risk altına düşəcək”.

Müsahibimizə görə, nədənsə Ermənistan anlamaq istəmir ki, Qərbin vədləri bir yerə qədərdir. Qərbin Azərbaycana təzyiqlərinin ciddi nəticələr doğuracağına İrəvanda hələ də inam var:

“Halbuki, ötən 4 il ərzində Paşinyan hökuməti anlamalıydı ki, Bakı ilə təzyiq dilində danışmaq olmaz. Bir yerdə ki Azərbaycanın milli maraqları, təhlükəsizliyi danışıq predmetidirsə, orada güzəştlərdən söhbət gedə bilməz".

Həmsöhbətimiz vurğulayıb ki, COP 29 tədbirini bəhanə edənlər haqsız, ədalətsiz şəkildə Azərbaycanın üzərinə gəlirlər. Bunu edən də Ermənistanın Qərb havadarlarıdır:

"ABŞ, Avropa İttifaqı, Fransa və Niderland kimi ölkələr, kriminal erməni lobbisi fəaliyyətdədir. Onlar vahid ideya ətrafında birləşərək COP 29 ərəfəsində ölkəmizə təsir göstərərək istədiklərini almaq niyyəti güdürlər. Əlbəttə, Azərbaycan bunları qəbul etməyəcək. Əksinə, baş verənlər Ermənistanın əleyhinə işləyir”.

Natiq Miri: Paşinyan hökuməti anlamalıydı ki, Bakı ilə təzyiq dilində danışmaq olmaz

N.Miri qeyd edib ki, Ermənistan Qərbdən təhlükəsizliklə bağlı zəmanəti ala bilmədi və bilməyəcək. Bu zəmanət bölgədən 10 min km-lərlə uzaqda olan ABŞ-də deyil, regional ölkələrdədir. Əgər bir ölkə qonşu dövlətlərlə təhülkəsizlik şəraitində yaşamırsa, onun təhlükəsizliyini heç bir dövlət təmin edə bilməz.

“Sülh müqaviləsi uzandıqca, İrəvan heç nə qazanmayacaq. Azərbaycan üçün istənilən halda alternativlər var. İran üzərindən Naxçıvana gedirik, Gürcüstandan keçən nəqliyyat yolları işlək vəziyyətdədir. Sülh Azərbaycan üçün olmazsa-olmaz deyil. Paşinyana isə erməni xalqı ikinci dəfə sülh vədi verdiyi üçün etimad göstərdi. Ona görə də zaman bizim yox, Ermənistanın əleyhinə işləyir. Onu da qeyd edim ki, sülh sazişində indiyədək razılaşdırılmış maddələrdə Azərbaycanın maraqları nəzərə alınıb", - deyə Natiq Miri əlavə edib.

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Sentyabr 2026