Fələstin Səhiyyə Nazirliyi Qəzza zolağında hədəf alınan uşaqların təxminən 82 faizinin poliomielit peyvəndinin ilk dozasını aldığını açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, Nazirliyin Telegram hesabından edilən açıqlamada bu barədə məlumat yayımlanıb.
Qəzza hökuməti bildirib ki, bu gün Qəzza zolağının şimalında və İsrailin hücumları altında olan Qəzza şəhərində poliomielitə qarşı peyvənd kampaniyası başlayıb:
"İlk doza qəbul edilən uşaqların sayının 527 min 776-ya çatıb. Bunun 49 faizini qız, 51 faizini isə oğlanlar təşkil edir",- açıqlama qeyd edilib.
Əli Hüseynov