Rusiya qoşunları Ukraynadakı hədəflərə qrup zərbələri endirib.
Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.
Məlumata görə, son bir həftə ərzində Rusiya Silahlı Qüvvələri Ukrayna ərazisindəki hədəflərə yüksək dəqiqlikli silahlarla 38 qrup zərbəsi endirib.
Qeyd edilib ki, zərbələr nəticəsində Ukraynanın hərbi-sənaye kompleksi müəssisələrinin fəaliyyətini təmin edən neft-qaz və enerji obyektləri, eləcə də hərbi aerodromların infrastrukturu zədələnib.
Nuriyyə Musayeva
















