• Bakı 15° C

    1.52 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

BMT-dən İsrail və Hizbullaha çağırış

DÜNYA

11 Oktyabr 2024 | 15:18 | Müəllif: Gülşən Şərif

BMT-dən İsrail və Hizbullaha çağırış

Birləşmiş Millətlər Təşkilatı İsraildən Livanı bombalamağı dayandırmağı və quru qoşunlarını ölkədən çıxarmağı xahiş edib. 

Bakıvaxtı.az "Sozcu"yə istinadən xəbər verir ki, bu çağırış Fransanın tələbi ilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında (BMT TŞ) Livandakı hadisələri müzakirə etmək üçün keçirilən sessiyada səsləndirilib.

Beynəlxalq təşkilat bəyan edib ki, Hizbullahın hücumları da dayandırılmalıdır.

BMT baş katibinin siyasi məsələlər üzrə müavini Rosemary DiCarlo bildirib ki, kütləvi zorakılığı və qan tökülməsini dayandıra bilməmək dağıdıcıdır:

"Biz İsrailin Livanı bombalamasını dayandırmasını və quru qoşunlarını ölkədən çıxarmasını istəyirik. Eyni zamanda Hizbullah və digər qeyri-dövlət aktorları İsrailə raket hücumlarını dayandırmalıdır".

DiKarlo qeyd edib ki, Hizbullah ilə İsrail ordusu arasında münaqişə İsrailin Livanın cənubundakı quru əməliyyatlarından sonra güclənib. 

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026