• Bakı 15° C

    6.79 m/s

  • USD - 1.7

    EUR - 1.9792

    RUB - 2.1079

Qəzzaya yardım aparan gəmidə Azərbaycan vətəndaşları da saxlanılıb - RƏSMİ

GÜNDƏM

09 Oktyabr 2025 | 21:48

Qəzzaya yardım aparan gəmidə Azərbaycan vətəndaşları da saxlanılıb - RƏSMİ

Dünən Qəzzaya humanitar yardım aparan gəmi heyətində saxlanılan şəxslər arasında 2 nəfər Azərbaycan vətəndaşı Pərvin Əzimov və Orxan Səmədzadənin saxlanıldığı məlumdur.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.

Qeyd olunub ki, sözügedən vətəndaşlar gəmi ekipaj üzvləridir və onlar Türkiyədə çalışırlar.

"İsraildəki səfirliyimiz tərəfindən görülən tədbirlər nəticəsində onların azad edilərək öz istəkləri əsasında Türkiyəyə geri qayıtması nəzərdə tutulur" - XİN rəsmisi bildirib.


SON XƏBƏRLƏR

14 Noyabr 2025